altun.az

ABŞ fəsil-iqlim müharibəsi aparır? - ekoloq Telman Zeynalov

1-04-2018, 10:16

ABŞ fəsil-iqlim müharibəsi aparır? - ekoloq Telman Zeynalov

Azərbaycanda qış aprelin 15-nə qədər davam edəcək.
Altun.az xəbər verir ki, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov belə deyib. O bildirib ki, mart dəli-dolu aydır.
"Bu ayda ağaclarda xırda yarpaqlar olmalı olsa da, hazırda Azərbaycanda bu, nəzərə çarpmır. Çünki ölkəmizdə yaz gecikir. Bunun səbəbi isə, qlobal istiləşmə ilə yox, silahlardan istifadə olunması, dünyada gedən ekoloji müharibələrlə bağlıdır", - deyə ekoloq qeyd edib.
Onun sözlərinə görə, Bakıda 40-45 ildən bir iqlim dəyişilir ki, bu da şimal küləklərindən asılıdır.
T.Zeynalov ABŞ-ın Rusiya ilə ekoloji müharibə apardığını və bunun Azərbaycana təsirlərinə də diqqət çəkib.
"Rusiya keçən il özünü dünyada taxıl istehsalında birinci yerdə olduğunu bəyan etdi. Qərb, Amerika isə Rusiyanı iqtisadi cəhətdən vurmaq üçün bu ölkəyə süni şəkildə qışı göndərdilər.
Bizə də quraqlıq göndərdilər. Baxın, qış vaxtı Azərbaycana nə qar yağdı, nə də düz-əməlli yağış yağdı. Yəni bilirlər ki, biz qonşu kimi Rusiyaya köməklik edəcəyik.
Buna görə də Amerika Rusiyaya dəhşətli, şaxtalı qış göndərib. Azərbaycanı da bu tərəfdən vururlar, quraqlıq göndərirlər ki, məhsulumuz Rusiya bazarlarına çıxa bilməsin. Baxın, qonşu Dağıstan qarın içində boğulur. Onunla sərhəd olan rayonlarımıza isə qar yağmır. Dağıstanda məhsulu məhv edirlər, bizdə də quraqlıq yaradaraq məhsula ziyan vururlar ki, biz onlara köməklik göstərə bilməyək”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]