altun.az

“Bakcell” “Qlobal məqsədlər” verilişinə dəstək verdi

31-03-2018, 17:40

“Bakcell” “Qlobal məqsədlər”  verilişinə dəstək verdi

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti BMT-nin Azərbaycan Nümayəndəliyinin “ASAN Radio” ilə hazırladığı “Qlobal məqsədlər” verilişinin tərəfdaşı olub.
Şirkətdən Altun.az-a verilən məlumata görə, radioverilişinin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məlumatlılığın artırılması, 2030-cu ilə qədər olan tədbirlər planı üzrə həyata keçirilən layihələr və dayanıqlılığın təmin olunması üçün müxtəlif strukturların və vətəndaşların üzərinə düşən vəzifələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.
Qeyd edək ki, 2015-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədi qəbul edilib. Həmin məqsədlər yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək, eyni zamanda ətraf mühiti qorumaq üçün səylərin birləşdirilməsini nəzərdə tutur.
Bu əməkdaşlıq çərçivəsində aprel ayı ərzində “Bakcell” şirkətinin dəstəyilə “ASAN Radio”da (100FM) 4 veriliş efirə veriləcək.
Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş verilişin növbəti buraxılışı “ASAN Radio”da 2 aprel 2018-ci il tarixində saat 18:20-də yayımlanacaq. BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisinin kommunikasiya və ictimai əlaqələr üzrə müşaviri Arzu Cəfərli, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli və “İnternyus Azərbaycan” İctimai Birliyinin təlimlər üzrə koordinatoru, jurnalist Ülkər Qurbanzadə Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin təşviqində medianın rolunu müzakirə edəcək.
Verilişin təkrarı 4 aprel (saat 11:05-də) və 6 aprel (saat 14:05-də) tarixlərində yayımlanacaq.
Qeyd edək ki, bu il Azərbaycanda ilk dəfə “Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi media, o cümlədən sosial media kanalları vasitəsilə Dayanıqlı İnkişaf Məqsədləri haqqında yazılar, reportajlar, televiziya və radio verilişləri, habelə sosial çarxların hazırlanmasında yerli yazar, bloqqer, vloqqer və digər yaradıcı insanların bacarıqlarının inkişaf etdirilməsi olub.
Azərbaycanın qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell şirkəti həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət proqramı, müxtəlif sosial yönümlü layihələr və innovasiya layihələri vasitəsilə ölkədə müxtəlif sahələrin dayanıqlı inkişafına öz töhfəsini verməkdədir. “Dayanıqlı İnkişaf Məqsədləri”ninin təviqinə həsr olunmuş “Qlobal məqsədlər” verilişinə dəstək isə Şirkətin bu sahədə gördüyü işlərin bir hissəsidir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]