altun.az

Bakının yolları tozdu, dumandı...-Son durum

30-03-2018, 19:52

Bakının yolları tozdu, dumandı...-Son durum

Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanının miqdarı sanitar norma həddinə enib.
Altun.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib.
M.Avazova bildirib ki, yağış yağacağı təqdirdə havada toz dumanının miqdarı sanitar norma həddindən də aşağı düşəcək.
Qeyd edək ki, ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 29 mart tarixində səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanının miqdarı sanitar normadan artıq olduğu müəyyən edilib. Buna, ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz-dumanının daxil olması səbəb olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]