altun.az

İsrail Suriyada nüvə reaktorunu vurdu

21-03-2018, 11:38

İsrail Suriyada nüvə reaktorunu vurdu

İsrail on il bundan əvvəl Suriyada nüvə reaktorunu bombaladığını etiraf edib.
Altun.az xəbər verir ki, bu barədə İsrail ordusunun bəyanatında deyilib.
Məlumata görə, əməliyyat 2007-ci ildə sentyabrın 5-dən 6-na keçən gecə baş verib. Praktiki olaraq tamamlanmış müəssisə Deyr əz-Zor əyalətində Dəməşqin 280 mil şimal-şərqində yerləşib.
“4 ədəd F-16 təyyarəmiz yalnız İsrail deyil, bütün region üçün yaranan təhlükəni zərərsizləşdirdi”, - bəyanatda bildirilib.
İsrail, məlumatı bu zamana qədər gizlətməsinə səbəb kimi ərazinin uzun müddət İŞİD terror qruplaşmasının nəzarətində qalmasını göstərib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]