altun.az

Argentinada Alman "ovçarka"sı 11 il sahibinin məzarı önündə keşik çəkib

24-02-2018, 20:47

Argentinada Alman "ovçarka"sı 11 il sahibinin məzarı önündə keşik çəkib

"Kapitan" ləqəbli Alman "ovçarka"sı Vilya Karlos Pas şəhər qəbiristanlığında, öz sahibi Migel Quzmаnın məzarının yanında 11 il keçirib. Bu barədə The Sun yazır.
2006-ci ildə vəfat etmiş kişinin qohumlarının sözlərinə görə, 11 il əvvəl onlar düşünüblər ki, it qaçıb. Amma bir neçə ay keçəndən sonra onu Quzmаnın məzarı önündə tapıblar.
Onlar aydınlaşdıra bilməyiblər ki, "Kapitan" öz sahibini dəfn edildiyi məzarlıqda necə tapıb.
Qəbiristanlığın direktoru Hektor Bакsега KİV-ə danışıb ki, it bir anda orada sadəcə peyda olub və hələlik lazımi məzarı tapanadək qəbiristanlıq ərazisində gəzişməyə başlayıb.0
Onun sözlərinə görə, "Kapitan" o məzarı heç vaxt uzun müddətə tərk etməyib.
"Bəzən gün ərzində o, qəbiristanı gəzirdi, amma həmişə geriyə tələsirdi", - o deyib.
İt qəbiristanlıqda yaşadığı müddətdə müxtəlif KİV-lərdə reportajların qəhrəmanı da ola bilmişdi. Lakin dörd il əvvəl baytar ona böyrək çatışmazlığı diaqnozu təyin edib və bildirib ki, o çox yaşamayacaq.
Ufim Xatikosu
Ufim "Xatiko"su bir neçə il öz sahibinin qayıtmasını gözləyir
Bununla belə, "Kapitan" qəbiristanlıqda daha bir neçə il yaşadı. KİV-in məlumatına görə,onun ölüm tarixi haqda dəqiq məlumat verilməyib. Lakin The Sun-a görə indi "Kapitan"ın harada dəfn ediləcəyi məsələsi həll olunur.
"Kapitan"ın hekayəsi çoxlarına bir Хаtiko haqqında xatırlatdı - akita-inu cinsindən olan yapon köpəyi haqda, doqquz il ərzində Sibuya stansiyasında öz sahibinin qayıtmasını gözləyən akita-inu. 1934-ci ildə itə bir abidə ucaldılıb, hansı ki, İkinci dünya müharibəsi zamanı dağıdılıb. 1948-ci ildə abidə bərpa olunub. Bundan başqa, Xatiko haqqında iki film çəkilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]