altun.az

Deputat Fəzail Ağamalının oğlu maşınla adam vurdu (YENİLƏNDİ)

3-10-2017, 11:59

Deputat Fəzail Ağamalının oğlu maşınla adam vurdu (YENİLƏNDİ)

Ana Vətən Partiyasının (AVP) mətbuat xidməti partiyanın sədri, millət vəkili Fəzail Ağamalının oğlu Yalçın Ağamalının maşınla adam vurması haqda yayılan məlumatlara aydınlıq gətirib.
Altun.az apa-ya istinadən xəbər verir ki, partiyanın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir, Yalçın Ağamalı hazırda Türkiyədədir.
“Yalçın Ağamalı Azərbaycanda olmaya-olmaya necə qəza törədə bilər? O, 15 gündür ki, Türkiyədədir. Bundan başqa Yalçın Ağamalının 36 yox, 44 yaşı var. Onun “Cip” yox, “Hunday” markalı avtomobili var”.
Qeyd edək ki, bu gün yerli KİV-də yayılan məlumata görə, deputatın oğlu Yalçın Ağamalı "Jeep" markalı avtomobillə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.
***
Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Altun.az publika.az-a istinadən xəbər verir ki, 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu Tibb Universitetinin qabağında idarə etdiyi "Jeep" markalı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.
Nəticədə piyada ağır xəsarət alıb. O, sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıb.
Y.Ağamalı Milli Məclisin deputatı Fəzail Ağamalının böyük oğludur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 588 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]