altun.az

Qardaşı arvadını çəkiclə döyüb, xəstəxanalıq etdi

16-08-2017, 11:49

Qardaşı arvadını çəkiclə döyüb, xəstəxanalıq etdi

Qazax rayon sakini qardaşının arvadını çəkiclə döyərək xəsarət yetirib.
Altun.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Birinci Şıxlı kəndində baş verib.
Belə ki, kənd sakini, 1981-ci il təvəllüdlü Valeh Qurban oğlu Əhmədov öz qardaşı arvadı Ceyhunə Elşən qızı Həsənovanın başına çəkiclə bir neçə zərbə vuraraq onu öldürməyə cəhd edib. Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.
V.Əhmədovun ruhi-əsəb xəstələyindən əziyyət çəkdiyi bildirilir. O, polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 417 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com