altun.az

Yasamalda qardaş qardaşı bıçaqladı - TÜKÜRPƏDİCİ SƏBƏB

9-05-2017, 10:11

Yasamalda qardaş qardaşı bıçaqladı - TÜKÜRPƏDİCİ SƏBƏB

Bakının Yasamal rayonu ərazisində iki qardaş arasında bıçaqlanma hadisəsi baş verib.
Altun.az report-a istinadən xəbər verir ki, insident Ümid Əkbərov küçəsi, 123 A ünvanında qeydə alınıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 1976-ci il təvəllüdlü Musayev Rövşən Ağaqasım oğlu qardaşının həyat yoldaşı, 1976-ci il təvəllüdlü Musayeva Sevinc Əlisafa qızı ilə mübahisə edib və sonda onu döyüb. S.Musayeva müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hadisədən xəbər tutan S.Musayevanın əri (hələlik adı açıqlanmır) qardaşı R.Musayevə bir neçə bıçaq zərbəsi vurub. Ağır xəsarət alan R.Musayev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 492 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com