altun.az

Şamaxıda qaçırılan qadın yol polisindən kömək istədi - TƏFƏRRÜAT

15-03-2017, 16:43

Şamaxıda qaçırılan qadın yol polisindən kömək istədi - TƏFƏRRÜAT

Martın 14-də saat 9 radələrində Şamaxı şəhəri ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Bilal Abdullayev idarə etdiyi “KİA” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə həmin ərazidə xidmət aparan yol polisi əməkdaşı tərəfindən saxlanılıb.
Altun.az xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətindən teleqraf.com-a verilən məlumata görə, bu zaman avtomobildəki sərnişin, Bakı şəhər sakini olan qadın N.İ. polis əməkdaşına sürücü tərəfindən zorla aparıldığını bildirib.
Bilal Abdullayev avtomobillə hadisə yerindən qaçıb.
Dərhal görülmüş tədbirlərlə avtomobil şəhər ərazisində saxlanılıb, polis əməkdaşlarına müqavimət göstərməsinə baxmayaraq, sürücü zərərsizləşdirilərək Şamaxı rayon polis şöbəsinə gətirilib.
Bilal Abdullayevin idarə etdiyi “KİA” markalı avtomobilin Bakı şəhər sakini Əşrəf Seyidzadəyə məxsus olduğu və bu nəqliyyat vasitəsini həmin gün saat 1 radələrində paytaxtın Yasamal rayonu ərazisində usta işlədiyi təmir sexindən qaçırdığı da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 547 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]