altun.az

Bakı-Sumqayıt yolunda növbəti qəza - YOL BAĞLANDI

10-03-2017, 19:20

Bakı-Sumqayıt yolunda növbəti qəza - YOL BAĞLANDI

Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib.
Altun.az trend-ə istinadən xəbər verir ki, qəza bu gün saat 18:20 radələrində baş verib.
Yolun 3-cü kilometrliyində Sumqayıtdan Bakı istiqamətində hərəkət edən "Mercedes ML" markalı "90 OA 998" dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yolun kənarında dayanan "90 FA 731" dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobillə toqquşub, daha sonra yolun kənarında dayanan piyadanı vuraraq yoldan çıxıb və maneəyə çırpılıb. Piyada ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Yol qəzası nəticəsində Bakı-Sumqayıt yolunun Bakıya tərəf hərəkət istiqaməti bağlanıb. Əraziyə yol polisi əməkdaşları cəlb edilib. Hazırda yol polisi avtomobillərin hərəkətini bərpa etməyə çalışır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 681 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]