altun.az

Qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus qəza törətdi: Ölənlər var

9-03-2017, 12:00

Qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus qəza törətdi: Ölənlər var

Abşeron rayonu ərazisində qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobus qəzaya düşüb.

Altun.az xəbər verir ki, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.

Məlumata görə, “20 Yanvar” metro stansiyasının yaxınlığında qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobusun sürücüsü Bakı-Sumqayıt yoluna çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb.

Zərbə nəticəsində yolu keçmək istəyən piyada dəmir arakəsmələrə çırpılıb.

İlkin məlumata görə, 3 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 575 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.a[email protected]
[email protected]
[email protected]