altun.az

İranlı milyarder edam olunacaq

22-01-2017, 18:40

İranlı milyarder edam olunacaq

Xaricə neft satışından əldə etdiyi külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunan Babək Zəncaniyə edam ediləcəyi bildirilib.

Altun.az xarici mətbuata istinadən xəbər verir ki, bunu bu gün İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Ejeyi jurnalistlərə bildirib.

Q. Möhsini Ejeyi deyib ki, bu iş üzrə təqsirləndirilən digər iki nəfərin edam hökmü isə dayandırılıb və Ali Məhkəmənin qərarı ilə iş yenidən araşdırılması üçün istintaqa qaytarılıb: “Əgər müstəntiq araşdırma zamanı Babək Zəncaniyə suallar ünvanlamaq istəsə, bunu edə biləcək”.

Q. Möhsini Ejeyi nəzərə çatdırıb ki, bu iş üzrə hazırda bir müddət öncə İnterpolun vasitəsilə tutulub ölkəyə qaytarılan şəxsin istintaqı davam etdirilir.

Beləliklə, B.Zəncani edam hökmünün icrasını gözləyir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 509 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com