altun.az

Xaçmaz-Quba yolunda ağır qəza: 3 yaralı

21-01-2017, 18:00

Xaçmaz-Quba yolunda ağır qəza: 3 yaralı

Yanvarın 21-də Xaçmaz-Quba yolunda zəncirvarı qəza baş verib.

Altun.az xəbər verir ki, dörd avtomobilin iştirakı ilə baş verən qəza yolun 7-ci kilometrliyində qeydə alınıb. “Mercedes”, “Ford”, “Toyota” və “VAZ-21011” markalı maşınların toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

“VAZ-21011” markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Məmmədov Rahim Ramiz oğlu, həmin maşında olan sərnişinlər 1990-cı il təvəllüdlü Zeynalova Leyla Hacıbaba qızı və 5 yaşlı Zeynallı Sənan Həbibulla oğlu yaralanıblar.

Qəzada xəsarət alanlar təcili Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.(axar.az)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 492 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com