altun.az

Astarada qəza: Toyundan bir gün qabaq öldü

17-12-2016, 10:49

Astarada qəza: Toyundan bir gün qabaq öldü

Astarada baş verən yol qəzasında 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

Altun.az xəbər verir ki, hadisə dekabrın 16-da saat 20.30 radələrində Astara şəhəri ərazisində qeydə alınıb.

Astara şəhər sakini, 1989-cu il təvəllüdlü Samir Nizami oğlu Məmmədzadənin idarə etdiyi “BMW” markalı, 90 OE 855 dövlət nömrə nişanlı minik avtomobili onun əmisi oğlu olan Astara şəhər sakini, 1994-cü il təvəllüdlü Nicat Füzuli oğlu Məmmədzadənin idarə etdi “VAZ-2107” markalı, 07 BE 113 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

“VAZ-2107”-nin sürücüsü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib, onun yanındakı sərnişin, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Emil Elşad oğlu Həsənov və “BMW”-nin sürücüsü isə ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanası xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə zamanı ölən “VAZ-2107” sürücüsü Nicat Məmmədzadənin sabah toyu olacaqdı. Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 538 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com