altun.az

Şabranda piyadanı vurub qaçan sürücü saxlanıldı

6-11-2016, 23:39

Şabranda piyadanı vurub qaçan sürücü saxlanıldı

Bakı-Quba yolunun Şabran ərazisindən keçən hissəsindəki körpünün yaxınlığığında tapılan meyitin kimliyi məlum olub.

Altun.az xəbər verir ki, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi operativ əməliyyat tədbirləri nəticəsində ölən şəxsin Şabran şəhər sakini, 37 yaşlı Nazim Nizam oğlu Soltanov olması məlum olub.

Şabran polisi onu avtomobillə vurub qaçan sürücünün kimliyini də müəyyənləşdirib. Bu, Bakının Qaradağ rayon sakini, 32 yaşlı Fərid Aslan oğlu Qasımovdur.

O, idarə etdiyi "DAF" markalı yük avtomobili ilə Bakı-Quba yolunda hərəkət edərkən piyada Nazim Soltanovu vuraraq hadisə yerindən qaçıb. Artıq piyadanı vurub qaçmış sürücü Fərid Aslan oğlu Qasımov istintaqa cəlb edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 637 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]