altun.az

Tovuza istirahətə gələn gənc oğurluq etdi

29-10-2016, 23:10

Tovuza istirahətə gələn gənc oğurluq etdi

Tovuz rayonunda baş verən oğurluq hadisəsinin üstü açılıb. Altun.az xəbər verir ki, Tovuz Regional Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən Ağstafa rayon, Köçəsgər kənd sakini 1994-cü il təvəllüdlü Misirov Nurlan Kamran oğlu yaxalanıb.

Məlum olub ki, Nurlan Misirov Tovuz rayonu ərazisində 5 nəfər rayon sakinlərinə məxsus ümumilikdə 6080 manat dəyərində 7 baş inək oğurlayıb.

İstintaqa ifadə verən Nurlan Misirov Tovuz rayonuna istirahət etmək üçün gəldiyini deyib. Onun sözlərinə görə, Tovuzun dağ kəndlərinə dincəlməyə gəlib.

Amma sonradan oğurluq etmək fikrinə düşüb. O, əvvəlcə rayonun Dondar Quşçu kənd sakini Aqil Ələkbərovun həyətindən bir neçə inək oğurlayıb.

Nurlan Misirov oğurladığı mal-qaranı Bərdə bazarında satıb. Sonra yenidən Tovuz rayonuna qayıdaraq həmin pullarla istirahət mərkəzlərində istirahət edib. pulu qurtaranda isə yenə də oğurluq etməyə başlayıb.

Rayon ərazisində oğurluq hadisəsinin baş verməsi barədə Tovuz rayon polis şöbəsinə məlumat daxil olub. Daxil olan məlumat əsasında əməliyyat tədbirləri görülüb.


Bununla bağlı mühafizə polisi də məlumatlandırılıb. Elə Nusrlan Misirov istirahət mərkəzlərindən birində mühafizə polisinin əməkdaşları tərəfindən yaxalanıb.

Faktla bağlı cinayət işi başlanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 566 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com