altun.az

Şəkidə sürücü sükan arxasında öldü

23-10-2016, 09:14

Şəkidə sürücü sükan arxasında öldü

Bu gün saat 16 radələrində Şəkinin Baş Layski kəndi ərazisində ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.

Altun.az xəbər verir ki, hadisə zamanı Şəkinin Baş Göynük kənd sakini, 1965-ci il təvəllüdlü Rəcəbov Adil Oruc oğlu, idarə etdiyi 99-GL-361 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə kənd istiqamətində hərəkətdə olarkən qəfildən yol kənarına çıxıb. Sürücünün sükan arxasında dünyasını dəyişdiyi məlum olub.

Yaxınlarının sözlərinə görə, sürücü iş yerində olarkən qəfildən ürəyində sancı hiss edib və istirahət etmək üçün evə getmək istəyib. İlkin ehtimallara görə sürücü avtomobili idarə edərkən qəfildən ürəktutması olub.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 667 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]