altun.az

Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO

8-08-2019, 10:03


Səhər saatlarında turizm şirkətlərindən birinə məxsus avtobusla sərnişin avtobusu toqquşub.

Altun.az xəbər verir ki, hadisə Xırdalan dairəsi adlanan ərazidə baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən də saytımıza bildirilib ki, Bakı-Sumqayıt yolu qəza səbəbindən bağlanıb:

“Turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan avtobus toqquşub. İlkin məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü idarəetməni itirərək, sərnişin avtobusuna çırpılıb.

Hadisə nəticəsində ölən olmayıb. Yüngül xəsarət alanlar var. Hazırda hadisə ilə bağlı yollarda sıxlıq müşahidə edilir. Avtobuslar yoldan çıxarılan kimi nəqliyyatın hərəkəti bərpa olunacaq. Gün ərzində Bakı-Sumqayıt magistralı da açılacaq”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 87 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com