altun.az

Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı

13-05-2019, 15:24

Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı

Bakının Nizami rayonunda gənc ana intihar edib.
Nizami rayon Polis İdarəsindən Altun.az-a daxil olan məlumata görə, 30 yaşlı Heydərova Leyla Emin qızı mayın 11-də 07:00 radələrində rayonun Rüstəm Rüstəmov küçəsində yerləşən 35 saylı yaşayış binasının səkkizinci mərtəbəsindən özünü atıb.
Məlumata görə, intihardan əvvəl L.Heydərova iki azyaşlı uşağını keçmiş qayınanasının yanına aparıb. Daha sonra evə qayıdıb və özünə qəsd edib. Qadının bu yaxınlarda ərindən boşandığı bildirilir.
Faktla bağlı rayon prokurorluğunda istintaq aparılır.
Boşanmanın Heydərovanın psixi vəziyyətinə təsir etdiyi ehtimal edilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 643 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]