altun.az

Bakıda ev yandı - Yaralananlar var

11-04-2019, 09:52

Bakıda ev yandı - Yaralananlar var

Bakının Nəsimi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib.
Altun.az xəbər verir ki, hadisə Ə.Topçubaşov küçəsi 46 ünvanında yerləşən mənzildə qeydə alınıb.
Yanğın Qəbələ rayon sakini 65 yaşlı Sevda Manzarinin yaşadığı bir otaqlı mənzildə baş verib. Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.
Hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadası və təcili tibbi yardım əməkdaşları çağırılıb. Yanğın söndürülüb, alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində ev sahibi ciddi yanıq xəsarətləri alıb. Qonşuluqda yaşayan 17 yaşlı qız isə tüstüdən zəhərlənib.
Hər iki yaralı dərhal xəstəxanaya çatdırılıb. Qızın xəsarətlərinin yüngül olduğu deyilir.
Məlumata görə, Sevda Manzari mənzildə tək yaşayır.
Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 695 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]