altun.az

Qaradağda qəzaya düşən sərnişin avtobusunda yaralananlar var - BNA

30-03-2019, 13:36

Qaradağda qəzaya düşən sərnişin avtobusunda yaralananlar var - BNA

Bakının Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
Altun.az-ın xəbər verir ki, hadisə rayonun Ələt qəsəbəsində baş verib.
Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu eyni istiqamətdə hərəkət edən ot bağlamaları ilə dolu "Şaqman" ("Shagman") markalı yük avtomobilinə çırpılıb.
Hadisə yerinə xilasedicilər və təcili yardım briqadası cəlb olunub.
***
Qaradağ rayonunda qəzaya uğrayan sərnişin avtobusu Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən müntəzəm marşrut xətlərinə aid deyil.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin yaydığı məlumatda belə deyilir.
***
Qaradağ rayonunda sərnişin avtobusunun yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Hadisə nəticəsində 37 yaşlı kişi kəllə-beyin, 18 yaşlı kişi qapalı kəllə-beyin travması, 26 yaşlı qadın isə sol əl və sağ ayağından xəsarət alıb.
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda onların vəziyyəti qənaətbəxşdir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 463 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]