altun.az

Gömrük bəyannaməsində qeyd edilməyən qaçaq mal ələ keçirildi - Foto

24-03-2019, 18:08

Gömrük bəyannaməsində qeyd edilməyən qaçaq mal ələ keçirildi - Foto

Gömrük nəzarətindən gizlədilən siqaret, mobil telefon aksesuarları və kürü aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Altun.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus VAZ -21013 markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda – döşəmənin altında gizlədilən 1000 ədəd "Marlboro” markalı siqaret, 10 ədəd Əpl markalı qulaqcıq və 100 qramlıq 8 ədəd şüşə qablarda balıq kürüsü aşkarlanıb.
İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan digər bir məlumata əsasən isə "Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi VAZ -21063 markalı avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı avtomobilin salonunda – döşəmənin altında gizlədilən 3000 ədəd "Marlboro” markalı siqaret və 10 ədəd Əpl markalı qulaqcıq aşkar edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 377 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]