altun.az

Yeni Zelandiyada 49 müsəlmanın həyatına son qoyan terrorda erməni əli...

23-03-2019, 18:11

Yeni Zelandiyada 49 müsəlmanın həyatına son qoyan terrorda erməni əli...

Yenli Zelandiya Ermənistana Kristçörç şəhərində baş vermiş terror aktında istifadə edilən silahlardan birinin üzərində erməni dilində yazılmış qeydlə bağlı sorğu göndərib.
Altun.az xəbər verir ki, bunu İnterpolun Ermənistan bürosunun rəhbəri Ara Fidanyan deyib.
O, Yeni Zelandiya hökumətinin hələlik məsələ ilə əlaqədar Ermənistana rəsmi etiraz etmədiyini bildirib:
“Yeni Zelandiyadan olan həmkarlarımızdan sorğu aldıq. İndi bu suala cavab vermək çox erkəndir. Mütəxəssislərə ehtiyacımız var. Araşdırma zamanı suallar ortaya çıxarsa, bunu da cavablandırmağa çalışacağıq”.
Qeyd edək ki, martın 15-də Yeni Zelandiyada baş vermiş terror aktında 49 müsəlman qətlə yetirilib. Aktı törədən avstraliyalı terrorçu Brenton Tarrant həbs olunub.
Araşdırma zamanı onun silahının üzərində erməni və digər dillərdə qeydlər aşkar olunub.
Yeni Zelandiyada 49 müsəlmanın həyatına son qoyan terrorda erməni əli...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 353 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]