altun.az

DYP maşını aşdı

20-03-2019, 15:28

DYP maşını aşdı

Bakı-Şamaxı avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Altun.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saat 18:00 radələrində olub. Belə ki, Dövlət Yol Polisinə məxsus BMV markalı avtomobil yoldan çıxaraq aşıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev bildirib ki, hadisə Bakı-Şamaxı yolunun 70-ci kilometrində baş verib:
“İlkin məlumata görə, DYP-nə məxsus avtomobilin sürücüsü idarəetməni itirib və maşın aşıb. Hadisə nəticəsində bir nəfər polis əməkdaşı xəsarət alıb”.
R.Quliyev qeyd edib ki, faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 339 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]