altun.az

Levon Ter Petrosyana qarşı cinayət işi açılmasını tələb edirəm - Artur Poqosyan

13-02-2019, 14:16

Levon Ter Petrosyana qarşı cinayət işi açılmasını tələb edirəm - Artur Poqosyan

Levon Ter Petrosyan və Erməni Ümummilli Hərəkatına qarşı hakimiyyətin zorla ələ keçirilməsi ittihamı ilə cinayət işi açılmasını tələb edirəm.
Altun.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Artur Poqosyan paylaşıb.
“1995-ci ilin parlament və 1996-cı il prezident seçkisinin nəticələrinin açıq şəkildə saxtalaşdırılması nəzərə alınaraq, Levon Ter Petrosyan və Erməni Ümumilli Hərəkatı Partiyasının liderlərinə qarşı, hakimiyyətin ələ keçirilməsi ittihamı ilə, cinayət işi açılmasını tələb edirəm. 1995-ci ildə mən 97-ci motoatıcı briqadanın komandirinin müavini, 1996-cı ildə isə milli təhlükəsizlik sisteminin hərbi əks-kəşfiyyatındakı baş əks-kəşfiyyatçısı olmuşam. Mən baş verənlərlə yaxşı tanışam və o zamankı hakimiyətin saxtalaşdırmalarına və digər cinayətlərinə dair məlumatları məhkəməyə təqdim etməyə hazıram”, – deyə o bildirib.
Qeyd edək ki, Erməni Ümummilli Hərəkatı Partiyası 1991-1998-ci illərdə Ermənistanın hakim partiyası olub. Partiya 1991-1995-ci illər, 1995-1998-ci illərdə parlamentdə əsas üstünlüyə sahib olub. Partiyanın əsas liderləri Levon Ter Petrosyan, Ter-Usik Lazaryan, Aleksandr Arzumanyan, Vano Siradeqyan və Ararat Zurabyan olub. Bunlardan yalnız Ter Usik Lazaryan vəfat edib.
Petrosyanın özünə gəlincə isə o, 1996-cı ildəki prezident seçkisində Vazgen Manukyana qalib gələrək prezident seçilib. 1998-ci ilin fevralına qədər vəzifədə qalmağı bacarıb. İstefaya getməsinə əsas səbəb hökumətlə fikir ayrılığı yaşaması olub. Belə ki, Petrosyanın 1992-1994-cü illərdə işğal edilmiş əraziləri Azərbaycana qaytarmağı təklif etməsinə Baş nazir Robert Köçəryan, Müdafiə naziri Vazgen Sərkisyan və Daxili İşlər naziri Serj Sərkisyan qarşı çıxıb. Petrosyandan sonra prezident vəzifəsinə Robert Köçəryan gətirilib, baş nazir statusu isə Vazgen Sərkisyana verilib. Məhz həmin Sərkisyan 1999-cu ilin parlament teraktında qətlə yetirilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 287 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com