altun.az

Bakıda qaçırılmış avtomobil Tovuzda sökülmüş vəziyyətdə tapıldı

12-01-2019, 18:52

Bakıda qaçırılmış avtomobil Tovuzda sökülmüş vəziyyətdə tapıldı

Binəqədi rayonu ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-dən Altun.az-a verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB, Gəncə şəhər BPİ, Tovuz RPŞ və Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da Binəqədi rayonu ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Fərman Abdullayev saxlanılıb.
Araşdırmalarla F.Abdullayevin qeyd edilən avtomobilin üzərinə özünə məxsus eyni markalı avtomobilin dövlət qeydiyyat nişanlarını bağlayıb satmaq məqsədi ilə Gəncə şəhərinin ərazisində tanışı, şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Quliyevə verməsi, habelə dövlət qeydiyyat nişanlarını isə Kürdəmir rayonunun ərazisində tullaması, sonuncunun isə həmin avtomobili Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş İsa Əliyevə satması müəyyən edilib.
E.Quliyev Qusar rayonunun ərazisində, İ.Əliyev isə Tovuz rayonunun ərazisində saxlanılıb, qaçırılmış “VAZ-2106” markalı avtomobil isə sonuncunun yaşadığı evin həyətində sökülüb, ban və şassi nömrələri silinmiş vəziyyətdə tapılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 386 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]