altun.az

Qubadakı dəhşətli qəzanın səbəbi bilindi - Foto

10-01-2019, 21:18

Qubadakı dəhşətli qəzanın səbəbi bilindi - Foto

Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib.
Altun.az Report-a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun rayonun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə zaman 3 nəfər faciəvi şəkildə ölüb.
Ölənlər:
Xaçmaz rayon sakinləri -
Coşqun Kamil oğlu Qasımov,
Zakir Eldəniz oğlu Abasov,
Nahid Teymur oğlu Məmmədov.
Faktla bağlı araşdırmalara başlanılıb.
***
Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayl 4-ə çatıb.
Qəzada xəsarət alan 1979-cu il təvəllüdlü Ramin Seyidəhmədov yerləşdirildiyi Quba rayon Mərkəzi Xəstəxanasında ölüb.
***
Dəhşətli qəzanın səbəbi bəlli olub.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev Modern.az-a deyib ki, qəza hadisəsi "VAZ 21010” markalı avtomobilin sürücüsünün yolun sürüşkən olmasını nəzər almaması, qarşıda gedən avtomobillə ara məsafəsini və sürət həddini düzgün seçməməsi nəticəsində baş verib.
"Araşdırma zamanı o da müəyyən edilmişdir ki, "VAZ 21010” markalı avtomobilin təkərlərinin şinləri mövsümə uyğun olmayan və müvafiq texniki göstəricilərə cavab verməyən vəziyyətdə olub.
Baş DYP İdarəsi bu hadisəni nəzərinizə çatdırmaqla bir daha sürücülərə qış mövsümü ilə əlaqədar olaraq nəqliyyat vasitələrini idarə edərkən diqqətli olmalarını, avtomobillərinin texniki sazlığına, xüsusilə təkərlərin mövsümə uyğunluğunu təmin etmələrinin, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirmələrini tövsiyə edir.
Əmin olun ki, qanunun tələblərinə riayət etməklə və müsbət təcrübədən yararlanmaqla qəzalardan yayınmaq mümkündür".
Qubadakı dəhşətli qəzanın səbəbi bilindi - Foto


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 344 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]