altun.az

Eks prezidentə də cinayət işi açıldı

29-12-2018, 13:46

Eks prezidentə də cinayət işi açıldı

Pakistan hökuməti ölkənin eks-prezidenti Asif Əli Zərdari və daha 171 nəfəri çirkli pulların yuyulmasında ittiham edib.
Altun.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” agentliyi məlumat yayıb.
Zərdari və digərləri saxta bank hesablarına sahib olmaq ittihamıyla həbs ediliblər.
Hazırda Pakistan parlamentinin aşağı palatasının deputatı olan eks-prezident ona qarşı irəli sürülən ittihamları rədd edib.
Qeyd edək ki, Zərdari 2008-2013-cü illərdə Pakistan prezidenti olub. O, 2007-ci ildə terakt nəticəsində həlak olan keçmiş baş nazir Bənazir Bhuttonun həyat yoldaşıdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 216 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com