altun.az

Eelektrik mişarı ilə qayınatasını doğradı- Oğuz

1-04-2018, 19:43

Eelektrik mişarı ilə qayınatasını doğradı- Oğuz

Oğuzda 27 yaşlı kişi odun doğrayan elektrik mişarı ilə qayınatasını doğrayıb.
APA-nın məlumatına görə, hadisə bu gün günorta saat 14 radələrində rayonun Xaçmaz kəndində baş verib.
Xaçmaz kənd sakini, 1961-ci il təvəllüdlü Tərlan Zeynal oğlu İmanov ilə qızı Mehribanın əri, rayonun Padar kənd sakini olan 1991-ci il təvəllüdlü Səfa Eldar oğlu Fətəliyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı S. Fətəliyev əlində olan odun doğrayan elektrik mişarı ila qayınatasına müxtəlif dərəcəli ağır və orta-ağır bədən xəsarətləri yetirərək, hadisə yerindən qaçıb.
Oğuz Mərkəzi Rayon Xəstəxanasında (MRX) ilkin tibbi yardım alan Tərlan İmanov, vəziyyəti ağır olduğu üçün, müayinə və müalicəsini davam etdirmək üçün Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
Şəki MRX-dan verilən məlumata görə, T.İmanova döş qəfəsinin sol nahiyəsinin, sol baldır və sağ əlin kəsilmiş, daxilə nüfuz edən və didilmiş yaraları diaqnozu qoyulub. T.İmanovun üzərində hazırda cərrahiyə əməliyyatı aparıldığı bildirilir.
Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]