altun.az

Şəmkirdə dava düşüb, Tovuzda isə xəstəxanaya hücum edilib...

24-03-2018, 22:41

Şəmkirdə dava düşüb, Tovuzda isə xəstəxanaya hücum edilib...

Şəmkir rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub.
Altun.az-ın məlumatına görə, hələlik məlum olmayan səbəbdən baş vermiş kütləvi dava zamanı Şəmkir rayon Könüllü kənd sakini, 1985-ci il təvəllüdlü Musayev Elgün və Gəncə şəhər sakinləri: - 1987-ci il təvəllüdlü Babayev Emin Nazim oğlu, 1971-ci il təvəllüdlü Boldurov Elçin Ələsgər oğlu müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hər üç şəxsə həkimlər tərəfindən tibbi yardım göstərilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Tovuzda isə bir qrup şəxs mərkəzi xəstəxanaya hücüm edib. Bir neçə gənc tərəfindən xəstəxanaya Aşağı Quşçu kəndində keçirilən toy mərasimində boyun nahiyəsindən bıçaq xəsarəti almış yaralı gətirilib.
Yaralını xəstəxanaya gətirən gənclərlə tibb işçiləri arasında mübahisə yaranıb. Əraziyə polis əməkdaşları çağırılıb.
Qeyd edək ki, xəstəxanaya gətirilən yaralı Aşağı Quşçu kənd sakini, 1990-cı il təvəllüdlü Aydın Hüseyn oğlu Ismayılovdur. Yaxınları onun Gəncə şəhərində yerləşən xəstəxanaya aparılmasını tələb edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com