altun.az

Dəhşətli qəzada ölənlərin hamısının kimliyi bəlli oldu - Yeniləndi

16-03-2018, 22:35

Dəhşətli qəzada ölənlərin hamısının kimliyi bəlli oldu - Yeniləndi

Ağsu-Kürdəmir yolunda dəhşətli avtomobil qəzası baş verib.
Altun.az-ın məlumatına görə, hadisə bu gün saat 18.30 radələrində Ağsu rayonunun Muradlı kəndi ərazisində qeydə alınıb.
VAZ-2106 və VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində altı nəfər ölüb, bir nəfər xəsarət alıb.
***
Ağsu rayonunda ağır yol qəzasında ölənlərdən ikisinin şəxsiyyəti məlum olub.
Report xəbər verir ki, bunlar ər-arvad - 1962-ci il təvəllüdlü Teymurşah Sırac oğlu İsmiyev və 1961-ci il təvəllüdlü Mehparə Yarməmməd qızı İsmiyevadır.
***
Fövqəladə Hallar Nazirliyi bu gün Ağsuda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.
Altun.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Muradlı kəndi ərazisində VAZ markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Qəzada 1 nəfər (sürücü) müxtəlif xəsarətlər alıb, 6 nəfər ölüb. Xəsarət alan şəxs, həmçinin 5 kişi və 1 qadın cəsədi xilasedicilər tərəfindən deformasiyaya uğramış avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Bu gün axşam saat 18:30 radələrində Ağsu-Kürdəmir avtomobil yolunun Muradlı kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən 6 nəfərin hamısının adı məlum olub.
APA-nın verdiyi məlumata görə, ölənlərdən 4-ü Siyəzən, 2-si Ağsu sakinləridir.
06-BC-365 dövlət nömrə nişanlı “VAZ 2106” və 54-BE-811 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində Siyəzən rayon sakinləri, 1988-ci il təvəllüdlü Hüseynov Nazim Əliabbas oğlu, 1994-cü il təvəllüdlü Xankişizadə Mehdi Ağabala oğlu, 1992-ci il təvəllüdlü Bədəlov Orxan Fərhad oğlu, 1986-cı il təvəllüdlü Bayramov Pərviz Əlizahir oğlu aldıqları ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]