altun.az

Neftçalada yük və minik maşınları toqquşdu — Yaralananlar var

7-03-2018, 23:27

Neftçalada yük və minik maşınları toqquşdu — Yaralananlar var
Neftçalada baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.
Altun.az “Report”a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun Xıllı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Shacman" markalı yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində Neftçala sakinləri - 58 yaşlı Hərarət Əhəd oğlu Əsgərov, Elfura Hərarət qızı Qədirova, 4 yaşlı Mirismayıl Elşən oğlu Talıbov və 47 yaşlı İsgəndər Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 0 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]