altun.az

Ruhi xəstə olan ana oğlu ilə birgə özünü 9-cu mərtəbədən atdı

14-10-2016, 11:47

Ruhi xəstə olan ana oğlu ilə birgə özünü 9-cu mərtəbədən atdı

Altun.az faciəli hadisəni təqdim edir.

Məlumata görə, 33 yaşlı qadın özünü 9-cu mərtəbədən aşağı atıb. Ən dəhşətlisi isə qadının özünü atarkən oğlunu da özü ilə götürməsidir. Belə ki, psixoloji xəstə qadın həmin vaxt yuxuda olan 9 yaşlı oğlunu da qucağına götürüb. Daha sonra isə pəncərəyə yaxınlaşaraq özünü aşağı atıb. Nəticədə ana və oğlu ölüb.

Hadisə Rusiyanın Omsk şəhərində baş verib.

İntihar etməzdən öncə qadın məktub yazıb. Burada o, intihar səbəbini şəxsi problemləri ilə əsaslandırıb. Polisdən verilən məlumata görə, qadın əri ilə boşanma ərəfəsində olub. Bundan əlavə, məhkəmə psixoloji xəstəliklərinə görə onu analıq hüquqlarından məhrum edib.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 670 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]