altun.az

Azərbaycan sığorta qanunvericiliyinə dəyişikliklər edəcək

24-02-2017, 15:55

Azərbaycan sığorta qanunvericiliyinə dəyişikliklər edəcək

Bu il Azərbaycanın sığorta qanunvericiliyində də dəyişikliklər olacaq.

Bunu Bakıda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankının (WB) təşkilatçılığı ilə həyata keçirilən “Maliyyə sektorunun müasirləşdirilməsi Layihəsi”nin II fazasının təqdimatında Palatanın Direktorlar Şurasının (DŞ) sədri Rüfət Aslanlı deyib.

O qeyd edib ki, 2016-cı ildə əsasən bank sektorunun stabilləşdirilməsinə yönəlmişdilər:

“Bu il sığorta bazarında da əhəmiyyətli təşəbbüslərlə çıxış edəcəyik, qanunvericiliyə dəyişikliklər edəcəyik. Çünki sığorta bazarı da uzunmüddətli yığım və investisiya elementlərini özündə birləşdirir.

Bundan başqa, Azərbaycanda ödəniş sistemlərinin fəaliyyətini tənzimləyəcək qanun layihəsi üzərində də iş gedir. Bu layihə də ilkin olaraq hazırlanıb, bu il onu parlamentə təqdim etməyə çalışacağıq”, - deyə R.Aslanlı qeyd edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 638 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]