altun.az

Azərbaycanda “Əmək pensiyası haqqında” qanun dəyişə bilər

26-01-2017, 18:17

Azərbaycanda “Əmək pensiyası haqqında” qanun dəyişə bilər

“Azərbaycanda pensiya islahatlarını nəzərdə tutan “Əmək pensiyası haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin Milli Məclisin (MM) yaz sessiyasının fevralın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılması nəzərdə tutulub”.

Bunu MM-in Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadi Rəcəbli deyib.

Onun sözlərinə görə, layihə öncə yanvarın 31-də bununla bağlı İşçi qrupunun genişləndirilmiş tərkibdə iclasında, fevralın 3-də isə Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Komitə sədri qanun layihəsinin prezidentin imzası ilə MM-ə daxil olduğunu, bununla yanaşı, müzakirələr zamanı deputatların da təkliflərinin nəzərə alınacağını deyib.(apa)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 655 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]