altun.az

Xəzərdə itkin düşən neftçilərə görə sığorta ödənişi veriləcək?

16-12-2016, 13:07

Xəzərdə itkin düşən neftçilərə görə sığorta ödənişi veriləcək?

SOCAR-ın “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində itkin düşən neftçilərin “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” həyata keçirilib.

Altun.az xəbər verir ki, SalamNews-a açıqlamasında şirkətin mətbuat katibi Elnur Hüseynquluyev deyib ki, baş vermiş hadisə ilə bağlı “Azneft” İB tərəfindən sığorta şirkətinə rəsmi müraciət daxil olmayıb, yalnız şifahi məlumat verilib:

“Yəqin ki, yaxın saatlarda rəsmi müraciət ediləcək. Hazırda şirkətdə yaradılmış xüsusi qrup tərəfindən qəzada həlak olan neftçilərin siyahısı və onların ailə tərkibləri dəqiqləşdirilir. Ödənişlərin verilməsində heç bir problem olmayacaq. Ödənişlər qanunvericiliyə müvafiq qaydada tam vaxtında veriləcək. Müvafiq qurumlar tərəfindən lazımi sənədlər təqdim edildikdən sonra onların ailələrinə sığorta ödənişləri ediləcək. Proses nəzarətimizdədir. İtkin düşən neftçilərimizin ailələrinə səbir diləyirik”, - deyə E.Hüseynquluyev bildirib.

Qeyd edək ki, ötən gün baş vermiş məlum hadisə nəticəsində 10 nəfər neftçi itkin düşüb. Onlardan birinin meyiti dənizdən tapılaraq aidiyyəti quruma verilib.

1. Zülfüqarov Güloglan - maşinist

2. Zülfüqarov Azay - operator

3. Qurbanov Vidadi - operator

4. Həsənov Elçin - mexanik

5. Hacıəliyev Həsənağa - operator

6. Qafarov İlham - operator

7. Əsədov Samir - operator

8. Bəhrəmov Cavid - operator

9. Abbasov Ramiz - maşinist

10. Rüstəmov Qorxmaz - operator


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 579 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]