altun.az

Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 3,4 milyard manat olacaq

8-12-2016, 15:52

Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 3,4 milyard manat olacaq

"Artıq 2 ildir ki, büdcədə sosial müdafiəyə ayrılan maliyyə azalmır, əksinə bəzi sahələrdə hətta artım hiss edilir”.

Altun.az xəbər verir ki, bunu Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentdə çıxışı zamanı deyib.

Qeyd edək ki, hazırda Milli Məclis “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanununun layihəsinin müzakirə edir.

Komitə sədri deyib ki, 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 3,4 milyard manat təşkil edəcək: “Bu məbləğ 2016-cı ilin büdcəsindən 100 milyon manat çoxdur. Gələn il Fondun vəsaiti heasabına görə vətəndaşlara işsizliyə görə verilən müavinətlər artırılacaq. Komitənin müzakirəsi zamanı Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov büdcə haqqında geniş məlumat verdi. Qlobal böhran şəraitində deputatlar sənədi müdafiə etdi. Hörmətli deputatlar sizdən xahiş edirəm ki, sənədə səs verəsiniz”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 747 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]