altun.az

Oqtay Əsədov: “Gələn ilin büdcəsində xərclər azalıb”

6-12-2016, 12:30

Oqtay Əsədov: “Gələn ilin büdcəsində xərclər azalıb”

“Dünyada baş verən qlobal iqtisadi böhran Azərbaycana təsirsiz ötüşməyib”.

Altun.az xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı bildirib.

Spiker deyib ki, neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsi nəticəsində ölkəmizin valyuta gəlirlərini azaldıb:

“Ölkəyə daxil olan valyuta gəlirlərinin azaldılması nəticəsində Mərkəzi Bankın himanitar siyasəyətinə düzəlişlər edilib. Ölkədə aparılan yüksək iqtisadi siyasət nəticəsində dünyada gedən böhranın Azərbaycana mənfi təsirləri mümkün qədər azaldılıb. Azərbaycan iqtisadiyyatı öz dayanıqlı inkişafını qoruyub saxlaya bilib. Gələn ilin büdcəsinə nəzər salsaq, görərik ki, layihədə qeyri-neft sektorunun inkişafı etdirilməsi vacib məsələlərdən biri kimi götürülüb. 2017-ci ilin büdcəsində cari illə müqayisədə xərclər azalıb. Lakin buna baxmayaraq, layihənin əvvəlki illərdə olduğu kimi sosialyönümlülüyü saxlanılıb. Gələn ilin büdcəsində müdafiə qüdrətimizin gücləndirilməsi üçün lazımı vəsait ayrılıb”.

O.Əsədov qeyd edib ki, 2017-ci ilin büdcə layihəsi parlament komitələrinin birgə iclaslarında geniş müzakirə olunub, 35 millət vəkili müzakirələrdə çıxış edib:

“Düşünürəm ki, plenar iclasda büdcə ilə bağlı müzakirələr də səmərəli olacaq”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 492 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com