altun.az

Neft Fondundan büdcəyə transfer yenə azalacaq

26-09-2016, 16:53

Neft Fondundan büdcəyə transfer yenə azalacaq

2017-ci ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transferin həcmi azalmaqda davam edəcək. 2017-ci ildə 1,5 mlrd. manat azalmadan söhbət gedir.

Altun.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib. O bildirib ki, 2016-cı ilin dəqiqləşdirilmiş dövlət büdcəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfer 7 mlrd. 615 mln. manat nəzərdə tutulub. 2017-ci il üzrə dövlət büdcəsi layihəsində Azərbaycan İpoteka Fondu və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) hər birinə 50 mln. manat olmaqla cəmi 100 mln. manat vəsait ayrılması nəzərdə tutulub.

Onun sözlərinə görə, gələn ilin büdcəsində İpoteka Fondu üçün 50 mln. manat, MİDA üçün də təxminən eyni həcmdə vəsait ayrılması proqnozlaşdırılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 652 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]