altun.az

Səudiyyə Ərəbistanı neft istehsalında ABŞ-ı qabaqladı

15-09-2016, 11:04

Səudiyyə Ərəbistanı neft istehsalında ABŞ-ı qabaqladı

Səudiyyə Ərəbistanı neft istehsalında ABŞ-ı geridə qoyub.

Altun.az xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq Enerji Agentliyinin (İEA) aylıq hesabatında bildirilib.

Hesabata görə, avqustda Səudiyyə Ərəbistanını ümumi xam neft və neft məhsulları istehsalı sutkalıq ortalama 12,6 milyon barel təşkil edib. ABŞ-da isə bu rəqəm sutkalıq 12,2 milyon barel olub.

Beləliklə, avqustda Səudiyyə Ərəbistanı 2014-cü il apreldən bu yana ABŞ-dan daha çox neft istehsal edən birinci ölkə olub.

Qeyd edək ki, neftin aşağı qiymətləri ABŞ-da neft istehsalı ilə məşğul olan şirkətlərə mənfi təsir edib və bununla da may ayından etibarən ölkədə neft istehsalı sutkalıq 460 min barel azalıb.

Səudiyyə Ərəbistanında isə əksinə ucuz neft sahələri ölkənin istehsalına fayda verib. Maydan bu yana ucuz neft sahələri ölkənin neft istehsalını sutkalıq ortalama 400 min barel artırıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 555 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]