altun.az

ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək

22-04-2019, 09:52

ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək

ABŞ mayın 2-dən etibarən İrana qarşı neft sanksiyalarıyla əlaqədar güzəşt tətbiq etdiyi ölkələrə verdiyi imtiyazları tam ləğv edəcək.
Altun.az xəbər verir ki, bu məlumatı “Vaşinqton Post” yayıb. Məlumata görə, bunu aprelin 22-də ABŞ Dövlət katibi Mayk Pompeo şəxsən elan edəcək. Çıxışı zamanı Pompeo İran nefti idxal edən ölkələrin bu fəaliyyətlərini tam dayandırmaları gərəkdiyini, əks təqdirdə onlara sanksiya tətbiq olunacağını bildirəcək. Pompeo Səudiyyə Ərəbistanı və BƏƏ-nin İranın neft bazarındakı payını kompensasiya edəcəyini də vəd edəcək.
Qeyd edək ki, ABŞ bundan öncə İran neftinə qarşı sanksiya tətbiq etmişdi. Sanksiyalara əsasən, əgər hansısa ölkə İrandan neft idxal edərsə, o, avtomatik ABŞ sanksiyalarına məruz qalacaqdı. Bununla belə, ABŞ bir sıra ölkələrə (Çin, Hindistan, Türkiyə, İraq və s.) idxalı tam dayandırmaları üçün 90 gün müddət vermişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 586 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]