altun.az

Dollar ucuzlaşır

21-03-2019, 14:42

Dollar ucuzlaşır

FED-in (Federal Ehtiyat Sistemi, ABŞ- red) açıq bazarlar üzrə komitəsi uçot dərəcəsini əvvəlki səviyyədə (2,25-2,5 % civarında) saxlamağa qərar verib.
Altun.az-ın məlumatına görə, FED nümayəndələri iqtisadi artım templərinin aşağı düşəcəyindən ehtiyat etdiklərinə görə 2019-cu ildə uçot dərəcəsini artırmamağı qət edib.
Bir çox iqtisadi şərhçilər faiz göstəricisinin bir və ya iki faiz qaldırılacağını proqnozlaşdırırdı.
ABŞ-da təkcə 2018-ci il ərzində uçot dərəcəsi üç dəfə 0,25 faiz artırılıb.
Faiz göstəricisinin artırılması adətən dolların digər valyutalara nisbətdə bahalaşmasına gətirib çıxarır.
Lakin FED-in son qərarından sonra dünya valyuta bazarlarında dolların ucuzlaşması müşahidə olunub. Bakı vaxtı ilə saat 09.15-ə olan vəziyyətə görə, avronun dollara nisbətdə məzənnəsi 1,1423 dollara qədər yüksəlib. Dolların yen-ə nisbətdə məzənnəsi isə 110,55 yen-ə qədər aşağı düşüb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 252 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com