altun.az

Bu gün iqtisadiyyatın banklardan bəhrələnməyə böyük ehtiyacı var - professor Fikrət Yusifov

16-03-2019, 10:05

Bu gün iqtisadiyyatın banklardan bəhrələnməyə böyük ehtiyacı var - professor Fikrət Yusifov
Bu gün iqtisadiyyatın banklardan bəhrələnməyə böyük ehtiyacı var - professor Fikrət Yusifov

Mərkəzi Bankın qərarı ölkədə aparılan islahatlar fonunda atılan bir addımdır.
Bu sözləri Altun.az-a Mərkəzi Bankın uçot dərəcəsinin endirilməsi ilə bağlı qərarını şərh edən professor Fikrət Yusifov deyib. İqtisadçı ilk növbədə qərarın bank faizlərinə təsirindən söz açıb:
“Mərkəzi Bankın qərarı ölkədə aparılan islahatlar fonunda atılan bir addımdır. Dövlət dəstəyi nəticəsində aparılan bu islahatlar nəticə etibarilə bankların real sektora üz tutmasına gətirib çıxarmalıdır. Çünki bu gün iqtisadiyyatın banklardan bəhrələnməyə böyük ehtiyacı var. Təəssüf ki, banklar iqtisadiyyata və real sektora kreditlər verməklə bağlı müəyyən tərəddüdlər içərisindədirlər. Təbii ki, bu tərəddüdü yaradan səbəblərdən biri də kredit faizlərinin yüksək olmasıdır. Kreditlərin ucuzlaşmasını şərtləndirən əsas amillərdən biri də Mərkəzi Bankın uçot dərəcəsidir. MB-nin uçot dərəcəsini aşağı endirməsi isə o deməkdir ki, bank kreditlərinin faizində dəyişiklik olacaq. Belə ki, banklar öz müştərilərinə daha aşağı faizlərlə kreditlər verə biləcəklər”.
F.Yusifov Mərkəzi Bankın qərarının manata təsirindən də danışıb:
“Uçot dərəcəsinin endirilməsi indiki dövrdə manatın məzənnəsinin sabit qalması baxımından doğru bir addımdır”.
Qeyd edək ki, bu gün Mərkəzi Bank uçot dərəcəsinin 9.25 faizdən 9 faizə endirilməsi barədə qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 11%, aşağı həddi isə 7% səviyyəsində müəyyən edilib. Faizlərə növbəti dəfə aprelin 26-da baxılacaq. Bundan öncə AMB fevralın 1-də uçot dərəcəsinin 9.75 faizdən 9.25 faizə endirilməsi barədə qərar vermişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 266 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com