altun.az

Beynəlxalq Bank qadın sahibkarları mükafatlandırdı

11-03-2019, 16:33

Beynəlxalq Bank qadın sahibkarları mükafatlandırdı

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində ölkəmizdəki qadın sahibkarların forumu keçirilib.
Altun.az xəbər verir ki, müxtəlif dövlət qurumlarından, ictimai təşkilatlardan nümayəndələrin iştirak etdiyi toplantıda Azərbaycan Beynəlxalq Bankı da təmsil olunub.
Forumda Assosiasiyanın reallaşdırdığı “Cümhuriyyətdə 100 qadın” Korporativ Sosial Məsuliyyət layihəsində fəal iştirakına görə 14 qadın sahibkara Azərbaycan Beynəlxalq Bankının mükafatları təqdim olunub.
Forumda qeyd edilib ki, ölkəmizdə sahibkarlıq fəaliyyətinin inkişafında qadın sahibkarların rolu çox önəmlidir. Sahibkarlıq sahəsində onların fəallığının artırılması qadınların məşğulluğunun, iqtisadi müstəqilliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Qadınların öz biznes layihələrini uğurla reallaşdıra bilmələri üçün maliyyə vəsaitlərinin onlar üçün əlçatanlığının vacibliyi xüsusi vurğulanıb.
Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib ki, hazırda bankın korporativ müştəriləri arasında xeyli sayda qadın sahibkar var. Onların sayının getdikcə artması çox sevindiricidir:
“Azərbaycan Beynəlxalq Bankı olaraq biz kiçik və orta sahibkarlıq subyektlərinə onlar üçün çox sərfəli şərtlərlə fəal maliyyə dəstəyi veririk. Real, əsaslandırılmış biznes ideyaları olan hər bir qadın sahibkar da bankın ayırdığı maliyyə vəsaitlərindən istifadə edərək öz potensialını reallaşdıra bilər. Müvafiq qurumlarla əməkdaşlıq şəraitində yaxın gələcəkdə sırf qadın sahibkarlar üçün maraqlı layihələrimiz olacaq. Çalışacağıq ki, Azərbaycan Beynəlxalq Bankının yaratdığı imkanlardan hər bir xanım sahibkar faydalana bilsin”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 292 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com