altun.az

1 dollar 1,97 manat olacaq? - Manatla bağlı proqnoz

28-01-2019, 12:48

1 dollar 1,97 manat olacaq? - Manatla bağlı proqnoz

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2019-2021-ci illərdə manatın dollara nisbətən ucuzlaşacağına dair proqnozunu açıqlayıb.
Altun.az xəbər verir ki, agentliyin analitiklərinin qiymətləndirmələrinə əsasən, 2019-cu ildən etibarən dolların manata nisbətən məzənnəsinin möhkəmlənəcəyi müşahidə ediləcək.
2019-cu ildə orta məzənnə 1 dollar-1,79 manat, 2020-ci ildə 1 dollar-1,87 manat, 2021-ci ildə 1 dollar-1,97 manat səviyyəsində proqnozlaşdırılır.
“2017-ci ilin aprel ayından mübadilə məzənnəsi 1 dollar-1,97 manat səviyyəsində stabilləşib. Fikrimizcə, əgər neftin qiyməti az əlverişli olarsa, Azərbaycan hökuməti, 2015-ci ildə baş verdiyi kimi, böyük həcmdə valyuta ehtiyatlarının itkisinə yol verməmək məqsədilə, mübadilə məzənnəsinin düzəlişinə gedəcək”, - agentlik qeyd edir.
2018-ci ilin yekunlarına görə, manatın dollara nisbətən məzənnəsi 1 dollar-1,7 manat təşkil edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 272 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com