altun.az

Fransa "Reno" və "Nissan" şirkətlərini vahid holdinqdə birləşdirməyi tələb edir

20-01-2019, 16:56

Fransa "Reno" və "Nissan" şirkətlərini vahid holdinqdə birləşdirməyi tələb edir

Fransa hökuməti Yaponiyadan hazırda alyansda fəaliyyət göstərən "Reno" və "Nissan" şirkətlərini vahid holdinqdə birləşdirməyi tələb edir.
Altun.az xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadi dairələrində böyük nüfuza malik "Nikkey" qəzetinin bazar günü nömrəsində dərc edilən məqalədə bildirilib.
Qeyd edilir ki, müvafiq tələb Fransa nümayəndə heyətinin ötən həftə Tokioya baş tutan səfəri zamanı səslənib. Nümayəndə heyətinin tərkibinə Fransa Dövlət İştirakı Agentliyinin baş direktoru Marten Vial və İqtisadiyyat Nazirliyinin kabinet rəhbəri Emmanuel Mulen daxil olublar. Bundan əlavə, onlar həbs olunan Karlos Qonun yerinə yeni sədrin təyin ediləcəyini də bildiriblər. "Nissan" şirkətinin səhmlərinin 43,4 faizinə sahib olan Fransa tərəfi tərəfdaşlıq barədə müqaviləyə əsasən belə bir səlahiyyətə malikdir.
Nəşrin bildirdiyinə görə, iki avtomobil istehsalı şirkəti arasında mürəkkəbləşən münasibətlər fonunda "Reno" şirkəti birləşmə istiqamətində təzyiqləri artırır. Fransa hökumətinin "Reno" şirkətinin səhmdarı olmasını nəzərə alan "Nissan" bunun əleyhinə çıxış edir. Çünki bu, Fransa hökumətinə yapon şirkətinin siyasətinə müdaxilə etmək imkanı yaradacaq. Bununla yanaşı, yaxın zamanlarda "Reno" şirkətinin yeni rəhbərinin də təyin ediləcəyi gözlənilir və onun Fransa hökumətinin göstərişi ilə yapon tərəfi ilə danışıqlarda daha kəskin mövqe tutacağı güman olunur. Qeyd edilir ki, K.Qon da həbsi ərəfəsində iki şirkətin birləşdirilməsi ideyasını həyata keçirməyi planlaşdırırmış.
Xatırladaq ki, hazırda "Reno" şirkəti "Nissan"ın səhmlərinin 43,4 faizinə malikdir və bu, ona şirkətin Direktorlar Şurasının üzvlərini, eyni zamanda, şirkətin rəhbərini təyin etmək səlahiyyəti verir. "Nissan" isə "Reno" şirkətinin səhmlərinin yalnız 15 faizinə malikdir və buna görə də onun səsvermə hüququ yoxdur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 300 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com