altun.az

İran daxili bazarını mühafizə edir - Xarici məhsulların reklamı qadağan edildi

6-01-2019, 18:48

İran daxili bazarını mühafizə edir - Xarici məhsulların reklamı qadağan edildi

İran parlamenti xarici məhsulların reklamınının qadağan edilməsi barədə qərar qəbul edib.
Altun.az xəbər verir ki, qəbul edilən 19 saylı qanuna görə, ölkədə istehsal edilən məhsullara bənzər xarici firma mallarının televiziya, radio, qəzet, bilbord və s. yerlərdə reklamına icazə verilməyəcək. Qadağa, istehsalı İranda həyata keçirilən xarici məhsullara tətbiq edilməyəcək.
Qeyd edək ki, ABŞ ötən ilin 7 avqust və 5 noyabr tarixlərində İranın ABŞ dollarını əldə etməsi, neft, alüminium, polad, kömür, qızıl və digər dəyərli metalların, sərnişin təyyarəsi hissələrinin satışına ciddi sanksiyalar tətbiq edib. Reklam qadağasının səbəbi ölkənin idxaldan asılılığını azaltmaq, yerli məhsulların satışını təmin etmək, ölkə iqtisadiyyatına dəyən xeyirin miqdarını artırmaqdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 304 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com