altun.az

“Əpl” bir gündə 75 milyard itirdi

4-01-2019, 10:12

“Əpl” bir gündə 75 milyard itirdi

Yanvarın 3-də “Əpl”in səhmləri 10% azalıb.
Altun.az xəbər verir ki, şirkətin səhminin dəyəri 142,19 dollara düşüb. Nəticədə “Əpl”in kapitalizasiyası 75 milyard dollar azalaraq 687,6 milyard dollara enib.
Şirkətin səhmlərinin ucuzlaşmasına əsas səbəb “Əpl”ın rəhbəri Tim Kukun investorlara ünvanladığı məktub olub. Məktubda o, şirkətin 2019-cu ilin ilk rübündə gəlir proqnozuna yenidən nəzər yetirəcəklərini bildirib. Kuk buna səbəb kimi Ayfonun satışının inkişafda olan ölkələr, ilk növbədə isə Çində azalmasını göstərib. Beləliklə, gəlir proqnozu 89 milyard dollardan 84 milyard dollara qədər azaldılıb.
Qeyd edək ki, keçən il səhm paketini 1 trilyon dollara qaldırmağı bacaran “Əpl” bunun ardınca 38%-ə qədər dəyər itirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 278 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com