altun.az

Tramp Çinlə ticarət savaşını qazanır--Çin XİN

2-12-2018, 12:12

 Tramp Çinlə ticarət savaşını qazanır--Çin XİN

Çin lideri Si Szinpinlə ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında münasibətlərin mütləq yoluna qoyulması barədə razılaşıb.
Altun.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çin Xarici İşlər naziri Van İ deyib. Onun sözlərinə görə, iki saat yarım davam edən görüş dostluq şəraitində keçib, danışıqlar isə pozitiv olub. Görüşdə tərəflər həmçinin 1 yanvardan etibarən əlavə gömrük rüsumlarının tətbiq edilməməsi və bütün əlavə tariflərin ləğvi barədə danışıqların artırılması barədə razılaşıblar.
ABŞ prezidentinin mətbuat katibi Sara Sanders isə Çinin ABŞ-dan əhəmiyyətli həcmdə kənd təsərrüfatı, enerji, sənaye və digər mallar almağa razılıq verdiyini, bunu ABŞ-la olan ticarət disbalansını bağlamağa çalışdığını bildirib. O, həmçinin ABŞ Prezidenti Donald Trampın Çinə qarşı rüsumları yanvarın 1-dən 10%-dən 25%-ə qaldırmamağa razılıq verdiyini deyib. Bununla belə Sanders 90 gün ərzində Çinlə əsas ticarət məsələlərində razılıq əldə edilməyəcəyi halda rüsumların 25%-ə qaldırılacağını vurğulayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 261 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: altun.az@mail.ru
altun.reklam@mail.ru
altunxeber@gmail.com