altun.az

Manatın bu günə olan məzənnəsi

20-10-2016, 09:51

Manatın bu günə olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

Altun.az xəbər verir ki, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 19-u ilə müqayisədə 0,19% bahalaşaraq 1,6030 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,04% möhkəmlənərək 1,7573 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 19-u ilə müqayisədə 1,18% möhkəmlənərək 0,0258 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi isə 1,2% möhkəmlənərək 0,5233 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9682 manatdır. Beləliklə, funt sterlinq 0,18%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,29% bahalaşaraq 0,6807 manat təşkil edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 511 <
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.Altun.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və Baş redaktor: Süleyman Məmmədli
Tel: (+99450) 365-95-47
Baş redaktorun I müavini: Azay Süleymanoğlu
Tel: (+99451) 390-20-70
E-mail: [email protected]
[email protected]
[email protected]